EN

Avropada qaz kəskin ucuzlaşdı

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ və İran arasında müvəqqəti atəşkəs elan edildikdən sonra Avropada qaz qiymətləri çərşənbə günü ticarəti başlayandan 18,5% azalaraq min kubmetr üçün 518,6 dollara düşüb.

Axar.az xəbər verir ki, bu barədə “London ICE” birjası məlumat yayıb.

Məlumata görə, may (ən yaxın) TTF indeks fyuçersləri Bakı vaxtı ilə saat 10:00-da 518,6 dollardan (-18,5%) ticarətə başlayıb:

“Bakı vaxtı ilə saat 10:15-ə olan məlumatda bu rəqəm 529,3 dollar (-16,8%) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün min kubmetr üçün 597,6 dollar hesablanmış qiymətindən götürülüb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
axar.az

2Sources