EN

Azəriqaz vətəndaşları bu dəfə Laçında qəbul edəcək

Azvision saytına istinadən ain.az xəbər verir.

Qurumdan AzVision.az -a verilən məlumata görə, SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 10 aprel saat 11:00-da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında (Ünvan: Laçın şəhəri, H. Əliyev küçəsi 96) baş tutacaq. Görüş zamanı Laçın rayonundan olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel: 050-844-40-03; 050-844-40-41) müraciət edə bilərlər. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
9
azvision.az

10Sources