EN

Noyer Messinin nəticəsini təkrarladı

UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk oyununda "Real Madrid"i səfərdə 2:1 hesabı ilə məğlub edən "Bayern Münhen"in qapıçısı Manuel Noyer Lionel Messinin qitənin ən nüfuzlu klub turnirindəki nəticəsini təkrarlayıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, 40 yaşlı qolkiper buna dünən Madriddə baş tutan matçda, oyunun ən yaxşı futbolçusu seçildiyi görüşdə nail olub.

Noyer Almaniya nəhənginin heyətində 136-cı dəfə ÇL-də start "11-lik"də yer alıb. O, bir komandada bunu bacaran oyunçular arasında ilk "3-lük"də mövqe tutub.

Daha öncə Messi (136 oyun) "Barselona" forması ilə eyni nəticəyə imza atıb. Mütləq rekord "Real"ın sabiq qapıçısı İker Kasilyasa məxsusdur - 149 oyun.

Xatırladaq ki, 2011-ci ildən "Bayern"in uğurları üçün çalışan Noyer cari mövsüm bütün turnirlərdə 31 qarşılaşmada mübarizə aparıb.

Toğrul

Chosen
6
fanat.az

1Sources