EN

İqlim dəyişikliyi ilə bağlı maarifləndirmə işi gücləndirilməlidir Ekspert fikri

ain.az bildirir, 525.az portalına istinadən.

“Bakıda intensiv yağıntıların sayı artıb və bu hal yalnız paytaxtla məhdudlaşmır. Ümumilikdə iqlim dəyişiklikləri Azərbaycanın fərqli bölgələrinə təsir göstərir. Bir tərəfdən güclü yağışlar, digər tərəfdən isə quraqlıq, torpaq sürüşməsi kimi hallar müşahidə olunur. Bu baxımdan yeni layihələndirilən yolların tikintisində iqlim dəyişikliyi ayrıca bənd kimi nəzərə alınmalı, mövcud infrastrukturla bağlı isə qabaqlayıcı tədbirlər görülməlidir”.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bunu 525.az-a bildirib.

Ekspert vurğulayıb ki, iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə işi gücləndirilməlidir:

"Aidiyyəti qurumlar tərəfindən riskli ərazilər - torpaq sürüşməsi zonaları, su basma ehtimalı olan sahələr xəritələşdirilərək ictimaiyyətə açıq təqdim olunmalıdır. İllər ərzində hansı ərazilərdə və hansı səviyyədə su basma hallarının baş verdiyi barədə məlumatlar əlçatan olmalıdır ki, insanlar da özləri də qabaqlayıcı tədbirlər görə bilsinlər”.

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
525.az

1Sources