EN

Maaşımın iki və ya üç dəfə artması... Vitinya Real a keçir?

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

PSJ-nin yarımmüdafiəçisi Vitinya "Real Madrid"ə keçməyə yaxın olduğu ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "RMC Sport" belə çatdırıb:

"Getmək axmaqlıq olardı. Bunun mənim üçün hazırda yaxşı seçim olduğunu düşünmürəm. Özümü PSJ-də əla hiss edirəm. 

Fikrimcə, məni insanlar burada həqiqətən sevirlər. Onların rəğbət qazana bilmişəm. PSJ-də olmaq həm mənim xoşuma gəlir, həm də ailəmin. Bizim fantastik komandamız, inanılmaz baş məşqçimiz var. 

Səudiyyə ərəbistanı variantına gəlincə, mən Avropanın böyük klubunda da pis qazanmıram. Maaşımın iki və ya üç dəfə artması məni xoşbəxt etməz".

Cari mövsüm bütün turnirlərdə 42 matça çıxan Vitinya 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun parislilərlə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı ulduz futbolçunun transfer qiymətini 110 milyon avro ilə dəyərləndirir. 

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
fanat.az

2Sources