EN

Paris 2024 medalları yenilənib: İki idmançımız üçün təqdimat mərasimi keçiriləcək

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sabah Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları – taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi keçiriləcək.Bizim.Media “report.az”a istinadla xəbər verir ki, idmançıların Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar sonradan aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib.

 

MOK-dan verilən məlumata görə, Qaşım Maqomedovun gümüş, Həsrət Cəfərovun isə bürünc medalı artıq yenilənib. Bildirilib ki, yeni medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndərilib.

Təqdimat mərasimində hər iki idmançıya yenisi ilə əvəz olunan medallar rəsmi şəkildə təqdim olunacaq.Qeyd edək ki, mərasim MOK-un inzibati binasında baş tutacaq və Olimpiya mükafatçıları xüsusi dəvət əsasında tədbirdə iştirak edəcəklər.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
3
bizim.media

4Sources