EN

Birinci rübdə 235 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

Bakı, 8 aprel, AZƏRTAC

2026-cı ilin yanvar-mart aylarında Sumqayıt şəhərində 1 ünvanda yerləşən yaşayış komplekslərində satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillər təqdim edilib və 235 kirayə müqaviləsi rəsmiləşib.

İpoteka və Kredit Zəmanət Fondundan AZƏRTAC-a bildirilib ki, 2026-cı il aprelin 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə inidiyə qədər 9305 ailənin mənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Ümumilikdə, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.

Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Chosen
3
20
azertag.az

10Sources