EN

ABŞ də Trampa qarşı cəbhə genişlənir 70 konqresmen vəzifədən götürülməsini tələb edir

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ-də Konqresin 70-dən çox demokrat üzvü Prezident Donald Trampın vəzifəsindən kənarlaşdırılması üçün çağırış edib.

Buna səbəb Trampın aprelin 7-də "Truth Social" platformasında İran haqqında "bütöv bir sivilizasiya yox olacaq" deyə hədə-qorxu gəlməsi olub.

Demokratlar Partiyasından olan Konqres və Senat üzvləri ayrı-ayrılıqda bəyanatlar verərək Trampın "xidmətə yararsız" olduğunu bildiriblər və Konstitusiyanın 25-ci düzəlişini işə salmağa çağırıblar.

25-ci düzəlişə əsasən, hökumət üzvlərinin çoxluğu prezidentin əqli və ya fiziki nasazlığını əsas gətirərək onun səlahiyyətlərini vitse-prezidentə ötürə bilər.

Qanunvericilər Trampın hədəsinin müharibə cinayəti təşkil etdiyini bildiriblər.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres də "X" səhifəsində Trampın adını çəkmədən yazıb ki, “heç bir hərbi məqsəd bir cəmiyyətin infrastrukturunun tamamilə məhv edilməsinə və ya mülki əhaliyə qəsdən əzab verməyə əsas vermir".

Tramp sözügedən paylaşımdan bir neçə saat sonra İranla 2 həftəlik atəşkəs əldə olunduğu xəbərini verib. İki ölkə arasında İranın təqdim etdiyi 10 maddəlik təkliflər paketi əsasında danışıqlar başlayacaq.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
azpolitika.info

1Sources