EN

Qazaxıstanın XİN rəhbəri və nəqliyyat naziri Ermənistana səfər edəcəklər

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycandan Ermənistana yola düşəcək.

"Far.Az"un erməni KİV-lərinə istinadən məlumatına görə, Koşerbayev aprelin 8-9-da Ermənistana rəsmi səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə, həmçinin Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev daxildir.

Aprelin 9-da Ermənistanın XİN başçısı Ararat Mirzoyan və Qazaxıstanın XİN başçısı Y.Koşerbayev danışıqlar aparacaqlar.

Qeyd edək ki, Y.Koşerbayev və N.Sauranbayev aprelin 7-də Gürcüstanda, 8-də isə Azərbaycanda danışıqlar aparıblar.

Chosen
25
4
far.az

5Sources