EN

Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Cib Kapital İnvestisiya Şirkəti" QSC-ni dövlət qeydiyyatına alıb.

Nazirlik xəbər verir ki, yeni qurumun hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 13A, nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox - 500 min manat, qanuni təmsilçisi isə Gündüz Maxsud oğlu Gözəlovdur.

Xatırladaq ki, hazırda ölkədə 12 investisiya şirkəti Azərbaycan Mərkəzi Bankının müvafiq lisenziyasına malikdir.

Chosen
7
1
banco.az

3Sources