Tenderin adı: “ATM ehtiyat hissələrinin alınması”
Tenderin elan tarixi: 08.04.2026
Tenderin son tarixi: 20.04.2026, saat 17:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
İştirakçı şirkətin bu sahədə ən azı 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar) İşin icra müddəti qeyd edilməsi mütləqdir Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsiTenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək) Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd Şirkətin son 1 ildəki maliyyə hesabatı – rəsmi (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin) Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında arayış-rəsmi(son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
Təkliflərin qəbul edilməsi:
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına göndərilməlidir.