EN

"AccessBank" yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında

"AccessBank" QSC 2025-ci ilin nəticələrinə əsasən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti siyahısına daxil edilib (https://www.taxes.gov.az/uploads/Top100/2025_1.pdf ).

Bu nüfuzlu siyahıda yer almaq bankın vergi öhdəliklərinə yüksək məsuliyyətlə yanaşdığını və ölkə iqtisadiyyatının inkişafına verdiyi davamlı töhfəni bir daha təsdiqləyir. "AccessBank" 2024-cü ilin nəticələrinə görə də bu siyahıda yer alıb.

Əldə olunan nəticə "AccessBank"ın maliyyə dayanıqlılığını, eləcə də fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiqliyini əks etdirir. Bank maliyyə sektorunun etibarlı iştirakçısı kimi fəaliyyətini qüvvədə olan qanunvericiliyə və qabaqcıl korporativ idarəetmə standartlarına uyğun şəkildə davam etdirir.

"AccessBank" qarşıdakı dövrdə də şəffaflıq, məsuliyyət və dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq müştərilərə keyfiyyətli maliyyə xidmətlərinin təqdim olunmasını, iqtisadi fəallığın artırılmasını və ölkə iqtisadiyyatına töhfənin genişləndirilməsini prioritet istiqamət kimi müəyyən edir.

"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank" Azərbaycan Mərkəzi Bankının verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.

Chosen
7
6
far.az

7Sources