EN

Ceyhun Bayramovla Seyid Abbas Əraqçi ABŞ ilə əldə olunan atəşkəs razılaşması barədə fikir mübadiləsi aparıblar

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovilə İran İslam Respublikasının xarici işlər naziri Seyid AbbasƏraqçi arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlikvəziyyəti və əldə olunmuş atəşkəs barədə fikir mübadiləsiaparıblar.

Nazir Ceyhun Bayramov elan olunmuş atəşkəsi alqışlayıb.Atəşkəsin təmin olunmasının gərginliyin azaldılması, danışıqlarınuğurla nəticələnməsi və sabitliyin bərqərar olunması baxımındanəhəmiyyəti vurğulanıb.

Atəşkəsin əldə olunmasında vasitəçi ölkələrin, xüsusilə də dostvə qardaş Pakistanın rolu təqdir olunub.

Nazir Ceyhun Bayramov atəşkəs rejiminə riayət olunmasınınvacibliyini qeyd edərək, vəziyyətin diplomatik yollarla həllininönəmini diqqətə çatdırıb, İslamabadda aparılacaq danışıqlarınnəticəyönümlü və məhsuldar olacağına ümidvar olduğunu bildirib.

Azərbaycanın hər zaman regionda davamlı sülhün, təhlükəsizliyinvə əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləridəstəkləməyə hazır olduğu Nazir Ceyhun Bayramov tərəfindənvurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərimüzakirə ediblər.

Xəbər yenilənəcək

Chosen
51
6
az.trend.az

10Sources