EN

FT: Ağ Ev Pakistana təzyiq göstərərək İranla atəşkəs üçün vasitəçilik tələb edib...

Vaşinqton İslamabada təzyiq göstərərk İranla təcili atəşkəs üçün diplomatik diplomatik aktivlik istəyib...

Poliqon xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb. Nəşr bildirir ki, ABŞ administrasiyası İranla gərginliyin azaldılması məqsədilə Pakistana təzyiq edərək onu mümkün atəşkəs prosesində vasitəçi kimi çıxış etməyə təşviq edib.

Məlumata görə, Vaşinqton Pakistanın regiondakı təsir imkanlarını nəzərə alaraq, bu ölkənin Tehranla əlaqələrindən istifadə etməsini istəyib. ABŞ rəsmiləri hesab edir ki, Pakistan İranla müəyyən kommunikasiya kanallarına malik olduğu üçün tərəflər arasında dialoqun qurulmasında mühüm rol oynaya bilər.

Qeyd olunur ki, son günlər Yaxın Şərqdə artan hərbi gərginlik fonunda ABŞ diplomatik səylərini genişləndirərək müxtəlif regional aktorları prosesə cəlb etməyə çalışır. Bu kontekstdə Pakistanın vasitəçilik rolu xüsusilə ön plana çıxır.

Ekspertlərin fikrincə, Pakistanın bu prosesdə iştirakı həm regionda sabitliyin təmin olunmasına, həm də daha genişmiqyaslı münaqişənin qarşısının alınmasına töhfə verə bilər. Bununla belə, İslamabadın bu təşəbbüsə hansı səviyyədə qoşulacağı və konkret addımlar atıb-atmayacağı hələlik qeyri-müəyyən olaraq qalır.

Financial Times qeyd edir ki, ABŞ-nin bu addımı İranla birbaşa danışıqların çətinləşdiyi şəraitdə alternativ diplomatik kanalların aktivləşdirilməsi kimi qiymətləndirilir.

Poliqon.info

Chosen
22
poliqon.info

1Sources