EN

Sosial medianın pəhriz "trend"i: Zərərləri BİLMİRSİNİZ

Son dövrlərin qida dəbi sosial mediada "maksimalist" pəhriz trendinə çevrilib, zülal və lifin nə qədər çox olsa, bir o qədər sağlamlıq üçün faydalı olduğu iddia edilir. 

Day.Az yalnış pəhrizin zərərləri ilə bağlı araşdırmanı təqdim edir. 

Əvvəlcə zülal pəhrizləri populyar idisə, indi lif əsas diqqət mərkəzindədir. 

Dietoloqlar xəbərdarlıq edir ki, əlavə tozlar və yüksək miqdarda qida əlavələri təbii qidaların əvəzi deyil və həddindən artıq istehlak bağırsaq problemlərinə yol aça bilər.

Mütəxəssislər gündəlik protein və lif miqdarına diqqət yetirməyi tövsiyə edirlər. Belə ki, bir stəkan süd, qatıq, bişmiş mərcimək və ya az yağlı ət normal protein tələbatını ödəyir. Lif üçün isə gündə 25-38 qram lobya, meyvə, tərəvəz və tam taxıllardan əldə etmək kifayətdir. 

Məqsədsiz şəkildə əlavə məhsullara etibar etmək sağlam qida balansını poza bilər.

Pəhriz trendlərinə qoşularkən həkimlə məsləhətləşmək və balanslı qidalanmaq vacibdir, yoxsa mədə-bağırsaq problemləri və narahatlıqlar yarana bilər.

Chosen
44
day.az

1Sources