Vaşinqton iki həftəlik atəşkəs fonunda Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi üçün İranla birgə müəssisənin yaradılması imkanını nəzərdən keçirir.
Â
Bunu ABŞ Prezidenti Donald Tramp "ABC News"a müsahibəsində deyib.
Â
"Biz bunu birgə layihə formatında etməyi düşünürük. Bu, təhlükəsizliyi təmin etməyin, o cümlədən bir çox digər oyunçulardan qorunmağın bir yoludur", - o, İranın gəmilərin boğazdan keçməsinə görə ödəniş tələb etməsi ehtimalı barədə suala cavab verərkən qeyd edib.
Â
Bununla yanaşı, o vurğulayıb ki, İranın uranı zənginləşdirmək imkanına malik olmasına yol verməyəcək: "Zənginləşdirmə olmayacaq".
Â
Tramp həmçinin qeyd edib ki, ABŞ qüvvələri mümkün razılaşmaların icrasını təmin etmək üçün regionda qalacaq.
Â
ABŞ liderinin sözlərinə görə, sülh danışıqları artıq cümə günü başlaya bilər və sürətli templə inkişaf edəcək.
Â
O, həmçinin təsdiqləyib ki, Çin İranla əməkdaşlıqda mühüm rol oynayıb.