EN

ABŞ PREZİDENTİ NATO BAŞ KATİBİ İLƏ GÖRÜŞ KEÇİRİB » AzadMedia.az

ABŞ


ABŞ prezidenti Donald Trump Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşüb. Bu barədə BBC məlumat yayıb.

Bu, Trampın Avropadakı müttəfiqləri ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə qoşulmamaqda tənqid etməsindən sonra tərəflər arasında keçirilən ilk görüş olub.

Görüşdən əvvəl ABŞ prezidenti ölkəsinin NATO-dan çıxa biləcəyini istisna etməyib. O, daha əvvəl alyansı “kağız pələng” adlandırmışdı. Ağ Evin mətbuat katibinin sözlərinə görə, bu məsələ də Tramp və Rutte arasında müzakirə mövzularından biri olub.

Görüş qapalı qapılar arxasında keçirilib. Daha sonra Mark Rutte danışıqları “çox açıq və səmimi” adlandırsa da, Trampın NATO-dan çıxmaq məsələsini qaldırıb-qaldırmadığına birbaşa cavab verməyib.

Donald Trump isə görüşü şərh edərkən bildirib ki, “NATO bizə lazım olanda kömək etmədi” və əlavə edib: “Qrenlandiyanı xatırlayın – bu, böyük və pis idarə olunan buz parçasıdır”.

ABŞ prezidentinin Danimarkanın tərkibində muxtariyyətə malik olan Qrenlandiyanı “əldə etmək” istəyi daha əvvəl NATO daxilində gərginliyə səbəb olmuşdu. Sonradan Tramp adanı hərbi yolla ələ keçirmək niyyətində olmadığını açıqlasa da, müttəfiqlərin bu təşəbbüsə mənfi reaksiyasını “unutmayacağını” vurğulamışdı.

“Wall Street Journal” nəşrinin yazdığına görə, Trampın İrana qarşı müharibədə iştirakdan imtina edən Avropa ölkələrini “cəzalandırmaq” istədiyi də iddia olunur.

Chosen
63
1
azadmedia.az

10Sources