EN

ABŞ bəzi NATO ölkələrini cəzalandırmaq planı hazırlayır

ABŞ İrana qarşı hərbi əməliyyatda Vaşinqtonu dəstəkləməyən bəzi NATO ölkələrini "cəzalandırmaq" planını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal"  (WSJ) qəzeti ABŞ administrasiyasının adları çəkilməyən rəsmilərinə istinadən yayıb. Nəşrin məlumatına görə, bu məsələ ilə bağlı təkliflər siyahısına ABŞ qoşunlarının bəzi alyans ölkələrindən çıxarılması daxildir.

Bundan əlavə, plana həmçinin bir NATO ölkəsində, ehtimal ki, İspaniya və ya Almaniyada ABŞ bazasının bağlanması da daxil ola bilər.

WSJ-nin yazdığına görə, eyni zamanda ABŞ Polşa, Rumıniya, Litva və Yunanıstan kimi ölkələrdə hərbi mövcudluğunu gücləndirə bilər.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp ölkənin ittifaqdakı rolunu yenidən nəzərdən keçirəcəyini, lakin NATO-dan çıxmaq üçün Konqresin dəstəyinə ehtiyacı olacağını bildirmişdi. 

Musavat.com

Chosen
28
1
musavat.com

10Sources