EN

Faydası olmayan etiraflar

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqası oyunlarında mübahisəli hakim qərarları davam etməkdədir. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov son iki videoşərhində səhvləri etiraf etməkdədir.

Həsənov kubokda “Turan Tovuz” – “Zirə” oyununda FIFA referisi Əliyar Ağayevin iki səhvə yol verdiyini bildirmişdi. Funksioner bu dəfə isə Misli Premyer Liqasının XXVI turunda “Sumqayıt” – “Neftçi” matçında penalti təyin edən Kamal Umudlunun yanlışa yol verdiyini qeyd edib.

Həsənovun digər səhv tutduğu hakim isə Elçin Məsiyevdir. O, referinin “Zirə” – “Şamaxı” oyununda birinci hissədə meydan sahiblərinin futbolçusunun qayda pozduğunu, ona sarı vərəqə göstərməli olduğunu qeyd edib. Lakin Məsiyev həmin epizodda rəsmi xəbərdarlıq etməyib.

Son turlarda yaşanan səhvlər və onların etirafı isə heç nəyi dəyişmir. Nəticə olduğu kimi qalır.

Maraqlıdır ki, səhvlər Azərbaycanın hazırda öndə olan referiləri tərəfindən edilir. Kubokda “Zirə” – “Turan Tovuz” oyununda (2:0) nəticəyə, bəlkə də, cütün taleyinə ciddi təsir edəcək iki kobud səhv edən Əliyar Ağayev hazırda ölkənin ən öndə referisidir. Çempionlar Liqası matçlarına da təyinat alan Ağayevin  çempionatda “istirahət edəcəyi” gözlənilir. Hakimlər Komitəsinin onu cəzalandırdığı və qarşıdakı bir neçə turda təyinat almayacağı ehtimal edilir.

Çempionatda son dövrədir. Çempionluq və avrokuboklara vəsiqə mübarizəsində gərginlik pikdədir. Referilər qarşıdakı oyunlarda maksimum diqqətli olmalıdır. Əks halda, növbəti kritik oyunda yaşanacaq hakim səhvi daha böyük səs-küyə səbəb ola bilər.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
futbolpress.az

1Sources