EN

Vens: “İranın 10 maddəlik təklifi “ChatGPT” tərəfindən yazılmışdı” – VİDEO

“İran tərəfindən ilk təqdim olunan 10 maddəlik təklif “ChatGPT tərəfindən yazılmış ola bilər.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə sözügedən təklif dərhal rədd edilib:

“Daha sonra təqdim olunan ikinci 10 maddəlik təklif daha real və qəbul edilə bilən olub”. 

Bu versiyanın Pakistan tərəfi ilə aparılan müzakirələr nəticəsində formalaşdığı qeyd edilir və həmin variantın hazırda daha uyğun hesab olunduğu vurğulanıb.

Vens həmçinin əlavə edib ki, sosial şəbəkələrdə yayılan üçüncü 10 maddəlik təklif isə əvvəlkindən də daha sərt və “maksimalist” xarakter daşıyır.

Qeyd edək ki, aprelin 8-də ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub. Həm ABŞ Prezidenti Donald Tramp, həm də İranın xarici işlər naziri Abbas Əraqçi razılaşmanı təsdiqləyib. İranın Ali Milli Təhlükəsizlik Şurası isə atəşkəs elanından sonra danışıqlar üçün 10 bənddən ibarət ilkin şərtlərini elan edib.

Bizim.Media 

Chosen
26
50
bizim.media

10Sources