EN

Manatın dövretmə sürəti 2015 ci il səviyyəsinə düşdü Devalvasiya RİSKİ...

Bizim media saytına istinadən ain.az xəbər verir.

“Bu il martın 1-nə manatın dövretmə sürəti 2,83 olub. Bu o deməkdir ki, eyni 1 manat il ərzində cəmi 2,8 dəfə iqtisadi əməliyyatlarda istifadə olunur. Müqayisə üçün deyim ki, 2005-ci ildə bu rəqəm 15,7 idi. 2015-ci ildə devalvasiya ərəfəsində isə 2,68-ə düşmüşdü. Yəni trend aydındır, hazırda pul daha yavaş hərəkət edir”.Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.O bu durumun insanların və bizneslərin daha çox gözlədiyi və daha az xərclədiyi anlamına gəldiyini bildirib:“Pul iqtisadiyyatda dövr etməkdənsə, dayanır və gözləyir. Dayanıb gözləmə səbəbləri isə çoxdur. Pulun dövretmə sürətinin azalması iqtisadi aktivliyin ritmini göstərən göstəricidir. Pul nə qədər tez hərəkət edirsə, iqtisadiyyat da o qədər canlanır. Pul yavaşlayanda isə iqtisadiyyatın nəfəsi də zəifləyir”.Bəs bu tendensiya devalvasiya riskini artıra bilər?Müsahibimiz bildirib ki, 2015-ci ildə manatın sürəti və devalvasiya arasında müəyyən əlaqə olsa da, amma o birbaşa səbəb deyildi:“Sözügedən faktorlardan biri digərini böyük ölçüdə təsirləndirmirdi. Hazırkı vəziyyətdə manatın dövretmə sürəti aşağı düşsə də, digər makroiqtisadi göstəricilərimiz elə bir səviyyədədir ki, devalvasiya riski 0-a yaxındır. Ona görə də manatın bu günkü vəziyyəti ilə 2015-ci ildəki durumu arasında çox böyük fərq var.

 

Ona görə də bu dövrləri eyniləşdirmək olmaz. O zaman manata təzyiq özünün maksimumuna çatmışdı. Bu günsə təzyiq demək olar ki, yox səviyyəsindədir. Yəni bu gün dolları alanlardan daha çox satanlar var. Bunu rəsmi statistika da təsdiq edir, AMB-nin məlumatlarında da bu bildirişlər verilir.

Eyni zamanda, əmanət qoyuluşunda dollara olan marağın azlığı, bank sektoruna olan inam və digər parametrlərə əsaslanaraq indiki vəziyyəti 2015-ci ildəki durumla eyniləşdirmək yanlış olardı”.Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
bizim.media

2Sources