EN

“Ehtiyacımız olanda yanımızda deyildiniz”

ABŞ Prezidenti Donald Tramp və NATO Baş Katibi Mark Rutte arasında Vaşinqtonda keçirilən kritik görüşdə ittifaq daxilində müttəfiqlik böhranı açıq şəkildə üzə çıxdı. Tramp Avropa ölkələrini İran əməliyyatlarına dəstək verməməkdə və kollektiv müdafiə öhdəliklərini paylaşmamaqda sərt tənqid edib, NATO barədə “kağızdan pələng” ifadəsini təkrarlayıb.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, NATO ölkələri İran əməliyyatları zamanı ABŞ-yə dönüklükdə ittiham edilib. ABŞ administrasiyası Avropa ölkələrinin hərbi üsulların istifadəsində, maliyyə yükünün paylaşılmasında və kritik anlarda yetərsiz qaldığını vurğulayıb.

Zirvə görüşü sonrası çıxış edən Donald Tramp alyansın davranışlarını sərt sözlərlə dəyərləndirib: “NATO sınandı və uğursuz çıxdı. Ehtiyacımız olanda yanımızda deyildiniz və gələcəkdə də olmayacaqsınız”.

Tramp xüsusilə Hörmüz boğazı əməliyyatlarına qatılmayan Avropa müttəfiqlərini və qitədəki hərbi bazalara qoyulan məhdudiyyətləri tənqid edib.

NATO Baş katibi Mark Rutte də bəzi Avropa ölkələrinin adıçəkilən sınaqdakı uğursuzluğunu qəbul edib. O, görüşləri səmimi və açıq adlandıraraq, əksər ölkələrin logistik dəstək öhdəliklərinə sadiq qaldığını qeyd edib.

Zirvə görüşü ABŞ-İran arasında imzalanan iki həftəlik atəşkəsdən dərhal sonra baş verdiyi üçün diqqət çəkib. Tramp administrasiyası ABŞ qüvvələrini Avropa xaricinə köçürməyi planlaşdırdığı, yeni strategiyanın isə ABŞ siyasətini dəstəkləyən ölkələrə yönəldiləcəyi bildirilib.

Rutte həmçinin Vaşinqton səfəri çərçivəsində ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşüb. Proqramda NATO-nun gələcəyi, İran əməliyyatları və Rusiya-Ukrayna müharibəsi ilə bağlı əlavə görüşlər də nəzərdə tutulub.

Chosen
33
vaxt.az

1Sources