EN

NBA: “Dallas” pley-offa yüksəlmək şansını itirib

Bakı, 9 aprel, AZƏRTAC

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha beş qarşılaşma keçirilib.

AZƏRTAC xəbər verir ki, “Dallas” səfərdə “Finiks Sanz”a 107:112 hesabı ilə uduzaraq pley-offa yüksəlmək şansını itirib.

Meydan sahiblərinin heyətində Devin Buker 37 xalla fərqlənib. Dillon Bruks 28, Roys O’Nil 14, Kollin Gillespi isə 13 xalla yadda qalıb.

Qonaqlarda ən məhsuldar oyunçu 23 xalla Con Pulakidas olub. Marvin Beqli 20, Maks Kristi 18 xal toplayıb.

Qeyd edək ki, “Finiks Sanz” hazırda NBA-nın Qərb Konfransının turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. “Dallas” isə Qərb Konfransında 12-cidir.

Matçların nəticələri

“Portlend Treyl Bleyzers” - “Miluoki Baks” – 137:111

“Orlando Mecik” - “Minnesota” – 132:120

“San-Antonio Spörs” - “Portlend Treyl Bleyzers” – 112:101

“Finiks Sanz” – “Dallas” – 112:107

“Klivlend Kavalyers” - “Atlanta Hoks” – 122:116

“Denver Naqqets” - “Memfis Qrizlis” – 136:119

“Los-Anceles Klippers” - “Oklahoma Siti Tander” – 110:128.

Chosen
15
2
azertag.az

3Sources