EN

“Leylini oynamaq istəyirəm, rəhbərlik razılıq verib ki, sentyabr ayında....” - FOTO+ÖZƏL

“Doğum günümdə ilk təbriki əlbəttə ki, oğlumdan almışam. Daha sonra bir-birinin ardınca sənət dostlarım, televiziyalar təbrik ediblər. Xüsusilə də hər zamankı kimi Xəzər televiziyası.. Yaxın rəfiqələrim, dostlarım bu xüsusi gündə məni xoş sözlərlə əhatə edirlər. Əlbəttə ki, hədiyyə verənlər də oldu. Hədiyyəni kimdən aldığım da önəmlidir. Nə hədiyyə olursa-olsun amma içdən gəlsin”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib.
O daha sonra çalışdığı Akademik Opera və Balet teatrındakı fəaliyyətindən danışıb:
 
“Bu il mənim teatr fəaliyyətimin 30 illiyidir. 30 ildir ki, teatrda aparıcı solist olaraq çalışıram. Bu il mən benefis tamaşa kimi “Leyli və Məcnun” əsərindən Leylini oynamaq istəyirəm. Bu barədə teatrımızda rəhbərliklə danışıqlar gedir. O da öz razılığını verib. İnşallah ki, yeni mövsümdə “Leyli və Məcnun” tamaşası ilə sevənlərimin görüşünə gələcəm. Bu tamaşada uzun illər oynamışam. Teatrımızda Mədəniyyət Nazirliyinin yaxından dəstəyi və təşkilatçılığı ilə bölgələrimizdə qastrol səfərləri təşkil olunur. Bu günlərdə Mingəçevir şəhərində möhtəşəm qastrol səfərimiz reallaşdı. “O olmasın, bu olsun” tamaşasını nümayiş etdirdik. Səhəri gün isə böyük konsert proqramı ilə çıxış etdik. Növbəti səfərimiz aprelin 29-da Sumqayıt şəhərində olacaq. Biz ölkəmizin bütün bölgələrini qastrol səfərlərimiz ilə gəzəcəyik və bizi sevənlərlə görüşə gedəcəyik. Teatrımızda da tamaşalarımız öz axarı ilə davam edir”, - deyə sənətkar bildirib.
Chosen
28
moderator.az

1Sources