EN

Dəfn zamanı canlı yayım açan şəxsin zəhərlənən uşaqlarının vəziyyəti açıqlanıb

Bakı. Trend:

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların hazırki vəziyyətiaçıqlanıb.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsidavam etdirilir. Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozutəyin edilən 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

"Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adınaUşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən vəmeninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli)vəziyyəti isə ağır stabil qiymətləndirilir".

İki uşaq isə artıq xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəmqazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanadaölüb.

Zəhərlənən uşaqların atası ölən uşağın dəfni zamanı "TikTok"dacanlı yayım açıb, cənazə ilə canlı yayımı sosial şəbəkələrdəyaydığı üçün dövlət qurumları tərəfindən nəzarətə götürülüb.

Chosen
48
4
az.trend.az

5Sources