AZ

Dəfn zamanı canlı yayım açan şəxsin zəhərlənən uşaqlarının vəziyyəti açıqlanıb

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların hazırki vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir. Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

"Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir".

 

İki uşaq isə artıq xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.

Zəhərlənən uşaqların atası ölən uşağın dəfni zamanı "TikTok"da canlı yayım açıb, cənazə ilə canlı yayımı sosial şəbəkələrdə yaydığı üçün dövlət qurumları tərəfindən nəzarətə götürülüb.

Seçilən
31
4
day.az

5Mənbələr