EN

İçərişəhərdə qala divarı dağıldı: Yağışlara görə VİDEO FOTO

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub.

Milli.Az xəbər verir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmi məlumatına görə, bu gün səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilmişdir.

Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir. 

Qeyd edək ki, hadisə baş verdiyi andan etibarən İdarə tərəfindən dərhal operativ tədbirlər görülmüş, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılmışdır. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılmışdır. 

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
37
news.milli.az

10Sources