AZ

İçərişəhərin Qala divarında aşınma olub - FOTO

Bu gün səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilmişdir.

Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Qeyd edilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.

Hadisə baş verdiyi andan etibarən İdarə tərəfindən dərhal operativ tədbirlər görülmüş, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılmışdır. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılmışdır.

Tarixi irsimizin qorunması və vətəndaşların təhlükəsizliyi İdarənin fəaliyyətində prioritet məsələdir və proses daim diqqət mərkəzində saxlanılır.
 
İçərişəhərin Qala divarında aşınma olub - FOTO
Seçilən
17
49
7news.az

10Mənbələr