EN

"Bütün dünya ABŞ və İrana təzyiq edir ki, təcili şəkildə qlobal logistikanı bərpa etsinlər" - Əziz Əlibəyli

Atəşkəs razılaşmasından sonra İran nümayəndə heyəti ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün bu axşam Pakistanın paytaxtı İslamabada gedəcək.

Tərəflər arasında aparılacaq danışıqlardan gözləntilər nələrdir?

Redaktor.az-a danışan politoloq Əziz Əlibəyli bildirdi ki, əsas məsələ regional təhlükəsizliyin təmin olunmasıdır.

Müsahibimizin sözlərinə görə, beynəlxalq enerji daşıyıcılarının fəaliyyətinin bərpa olunmasına olduqca böyük ehtiyac yaranıb:

"Yaxın Şərq bölgəsində böyük kapital axını var və bu kapital axını öz fəaliyyətini bərpa etməlidir. İslamabaddakı görüşdən gözləntilər ortaq məxrəcin tapılmasıdır. Görüş kimin əleyhinədir, hansı tezis qalib gələcək – məsələ bu deyil. Bütün Pakistan və Yaxın Şərq ölkələrinin böyük əksəriyyəti, o cümlədən Qərb, hər iki tərəfə təzyiq edir ki, təcili şəkildə bu qlobal logistikanı bərpa etsinlər."

Aytəkin TOFİQQIZI

Chosen
19
1
redaktor.az

2Sources