Atəşkəs razılaşmasından sonra İran nümayəndə heyəti ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün bu axşam Pakistanın paytaxtı İslamabada gedəcək.
Tərəflər arasında aparılacaq danışıqlardan gözləntilər nələrdir?
Redaktor.az-a danışan politoloq Əziz Əlibəyli bildirdi ki, əsas məsələ regional təhlükəsizliyin təmin olunmasıdır.
Müsahibimizin sözlərinə görə, beynəlxalq enerji daşıyıcılarının fəaliyyətinin bərpa olunmasına olduqca böyük ehtiyac yaranıb:
"Yaxın Şərq bölgəsində böyük kapital axını var və bu kapital axını öz fəaliyyətini bərpa etməlidir. İslamabaddakı görüşdən gözləntilər ortaq məxrəcin tapılmasıdır. Görüş kimin əleyhinədir, hansı tezis qalib gələcək – məsələ bu deyil. Bütün Pakistan və Yaxın Şərq ölkələrinin böyük əksəriyyəti, o cümlədən Qərb, hər iki tərəfə təzyiq edir ki, təcili şəkildə bu qlobal logistikanı bərpa etsinlər."
Aytəkin TOFİQQIZI