EN

Vəkil adından qanunsuz istifadə edənlər cərimələnir - Esmira Rzayeva açıqladı



Azərbaycanda vəkil statusunu qanuni əsas olmadan istifadə edən şəxslərlə bağlı inzibati məsuliyyət nəzərdə tutulur. Bu barədə hüquqşünas Esmira Rzayeva məlumat verib.

Onun sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən, vəkil statusunu rəsmi qaydada əldə etməmiş şəxsin maddi gəlir əldə etmək məqsədilə “vəkil” adı ilə fəaliyyət göstərməsi inzibati xəta hesab olunur.

Hüquqşünas qeyd edib ki, belə hallarda fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər isə 600 manatdan 800 manatadək məbləğdə cərimə oluna bilər. Bu tələblər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.

E. Rzayeva vurğulayıb ki, bu cür hüquqi məsuliyyət tədbirləri vəkillik institutunun nüfuzunun qorunması və vətəndaşların peşəkar hüquqi yardıma çıxışının təmin edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, qanunsuz fəaliyyət halları aşkar olunduqda müvafiq qurumlar tərəfindən inzibati tədbirlər görülür və qanun pozuntusuna yol verən şəxslər məsuliyyətə cəlb edilir.



Chosen
13
aia.az

1Sources