EN

Hindistan COP33 ə ev sahibliyinə dair müraciətini geri götürüb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 aprel, AZƏRTAC

Hindistan 2028-ci ildə keçirilməsi planlaşdırılan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 33-cü sessiyasına (COP33) ev sahibliyi etmək üçün müraciətini geri götürüb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sammitə ev sahibliyi etmək təşəbbüsü əvvəllər Hindistanın Baş naziri Narendra Modi tərəfindən 2023-cü ildə Dubayda keçirilən COP28 konfransı zamanı elan edilmişdi. O vaxtdan bəri ölkə xüsusi işçi qrupunun yaradılması da daxil olmaqla, sammitə hazırlıq işləri aparır.

Mənbələrə görə, müraciəti geri götürmək qərarı 2028-ci il üçün milli öhdəliklərin nəzərdən keçirilməsi ilə bağlıdır, lakin rəsmi səbəblər açıqlanmayıb. Bununla belə, Hindistan tərəfi beynəlxalq iqlim gündəliyində fəal iştirakını davam etdirmək niyyətini təsdiqləyib.

Hindistanın imtina etməsi COP33 üçün yeni ev sahibi seçilməsi ilə bağlı qeyri-müəyyənlik yaradır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının prosedurlarına uyğun olaraq, 2028-ci ildə konfransa ev sahibliyi etmək hüququ Asiya-Sakit Okean regionundakı ölkələr üçün saxlanılıb.

Hazırda alternativ namizədlər rəsmi olaraq açıqlanmayıb. Cənubi Koreyanın bəzi bölgələri əvvəllər sammitə ev sahibliyi etməkdə maraqlı olduqlarını bildirsələr də, milli səviyyədə hələlik heç bir qərar qəbul edilməyib.

COP konfransları emissiyaların azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və maliyyələşdirmənin səfərbər edilməsi tədbirləri barədə razılığa gəlmək üçün əsas beynəlxalq platforma olaraq qalır. Buna görə də COP33 üçün yeni məkanın seçilməsi məsələsi xüsusilə aktualdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
azertag.az

2Sources