Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, müğənni Ofeliya Şabanovanın qardaşı Nurməhəmməd Şabanov komaya düşüb. Ailəyə yaxın mənbələrin bildirdiyinə görə, onun vəziyyəti ağırdır.
AZXEBER.COM məsələ ilə bağlı məlumat almaq üçün Ofeliya Şabanova ilə əlaqə saxlayıb.
Müğənni bildirib ki, qardaşı qaraciyər sirrozundan əziyyət çəkir:
"Artıq bir neçə gündür xəstəxanadayıq, qardaşım komadadır. qaraciyər serrozundan əziyyət çəkir, ağciyərlərində də pnevmaniya əlamətləri var. Nə gecəmiz var, nə də gündüzümüz. Maddi və mənəvi olaraq daim onun yanındayıq. Onun komadan ayılmasını gözləyirik.
Həkimlər deyir ki, bu gecəni də salamat keçirsə, onu həyatda saxlamaq mümkün olacaq. Bütün həkimlər əllərindən gələni edirlər. Tək arzum qardaşımın sağalıb öz ayaqları ilə xəstəxanadan çıxmasıdır.
Bacı olaraq hər zaman onun yanındayam, arxasındayam. Təbii ki, onun bütün yükünü mən çəkməliyəm. Bizim nə anamız var, nə də atamız.”
Xatırladaq ki, Nurməhəmməd Şabanov İkinci Vətən müharibəsinin iştirakçısı olub, qazidir.
Aysel Hacızadə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.