EN

Media: Rütte ilə görüş Trampın NATO müttəfiqlərinə qarşı münasibətini yumşaltmayıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın NATO-nun Baş katibi Mark Rütte ilə görüşü Birləşmiş Ştatlar liderinin müttəfiqlərinə qarşı mənfi münasibətini yumşalda bilməyib.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Rütte ilə görüşdən sonra ABŞ lideri alyans daxilində Qrenlandiya ilə bağlı fikir ayrılıqlarını xatırladıb və həmçinin ABŞ-nin ehtiyac duyduğu zaman “NATO-nun köməyə gəlmədiyini” iddia edib.

Qeyd edək ki, aprelin 8-də “The Wall Street Journal” nəşri Ağ Evin İrana qarşı müharibədə Birləşmiş Ştatları dəstəkləmədikləri üçün bəzi Avropa ölkələrindən qoşunlarını çıxarmağı düşündüyünü yazmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
2
azertag.az

3Sources