EN

Məşhur serialın aktyoru 35 yaşında öldü

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məşhur "Taxt oyunları" ("Game of Thrones") serialının aktyoru Maykl Patrik 35 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Naomi Şien məlumat yayıb.

Aktyor aprelin 7-də Şimali İrlandiyadakı hospisdə ölüb.

Qeyd edək ki, aktyora 3 il əvvəl Lateral amiotrofik skleroz diaqnozu qoyulub. Xəstəliyinə baxmayaraq, o, çıxışlarını davam etdirib.

Maykl Patrik Belfast teatrında III Riçard roluna görə "Səhnə Mükafatı" (The Stage Awards) ödülünü qazanıb. Aktyor həmçinin "Taxt oyunları" serialının altıncı mövsümündə, eləcə də "Kripton" və "Mavi işıqlar" seriallarında rol alıb. Fevral ayında o, traxeostomiya əməliyyatından imtina edərək, həyatının qalan vaxtını xəstəxanadan kənarda keçirməyə qərar verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
2
axar.az

4Sources