AZ

Game of Thrones aktyoru ölü

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məşhur "Taxt oyunları" ("Game of Thrones") serialının aktyoru Maykl Patrik 35 yaşında vəfat edib.Demokrat.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Naomi Şien sosial şəbəkə hesabında paylaşım edib.Paylaşımda bildirilib ki, aktyor aprelin 7-də Şimali İrlandiyadakı hospisdə ölüb."O, 10 gün əvvəl xəstəxanaya yerləşdirilib və ona gözəl mütəxəssislər komandası xidmət edib. O, yaxınları və dostlarının əhatəsində dinc şəkildə dünyasını dəyişib. Biz nə qədər ağrı çəkdiyimizi sözlə ifadə edə bilmirik", - deyə irlandiyalı aktyorun arvadı yazıb.Qeyd edək ki, 3 il əvvəl aktyora Lateral amiotrofik skleroz diaqnozu qoyulub. Xəstəliyinə baxmayaraq, o, çıxışlarını davam etdirib və deyirmiş ki, bu ona diqqətini yayındırmağa və müsbət əhvalını qoruyub saxlamağa kömək edir.Maykl Patrik Belfast teatrında III Riçard roluna görə "The Stage Awards" mükafatını qazanıb. Aktyor, həmçinin "Taxt oyunları" serialının altıncı mövsümündə, eləcə də "Kripton" və "Mavi işıqlar" seriallarında rol alıb. Fevral ayında o, traxeostomiya əməliyyatından imtina edərək, həyatının qalan vaxtını xəstəxanadan kənarda keçirməyə qərar verib."Nevroloqum bizə dedi ki, mənim təxminən bir il ömrüm qalıb. Ona görə də mən bu vaxtın əhəmiyyətli hissəsini xəstəxana palatasında keçirməklə riskə atmaq istəmirəm", - deyə aktyor seçimini izah etmişdi.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
demokrat.az

4Mənbələr