Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Son günlər qeydə alınan yol-nəqliyyat hadisələri bir daha göstərir ki, motosiklet və mopedlə hərəkət zamanı ən kiçik səhv belə ağır nəticələrə gətirib çıxara bilir. Təkcə ötən gün baş verən beş qəzadan üçü bu nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınıb.
Bu barədə Axar.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği Şöbəsinin rəisi, polis polkovnik leytenantı Rövşən Tağıyev məlumat verib.
Şöbə rəisi bildirib ki, sürətin yol və hava şəraitinə uyğun seçilməsi, manevr zamanı ehtiyatlı davranılması və qoruyucu vasitələrdən istifadə həyati əhəmiyyət kəsb edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.