EN

“Barselona”da Pedri narahatlığı

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

İspaniyanın “Barselona” futbol komandasının aparıcı futbolçusu Pedri Çempionlar Liqasının dörddəbir finalında “Atletiko”ya qarşı keçirilən ilk oyunda zədələnib.

İdman.Biz “Diario AS” nəşrinə istinadla xəbər verir ki, kataloniyalıların 0:2 hesabı ilə məğlub olduğu matçın fasiləsində baş məşqçi Hansi Flik yarımmüdafiəçini əvəzləmək məcburiyyətində qalıb. Sol ayağının bud nahiyəsində ağrılar hiss edən 23 yaşlı oyunçunun vəziyyəti tibbi müayinədən sonra dəqiqləşəcək.

İlkin məlumatlara görə, Pedri həftəsonu La Liqa çərçivəsində keçiriləcək “Espanyol”la derbi qarşılaşmasında iştirak etməyə bilər.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
icma.az

1Sources