EN

Bakı gölləri ilə bağlı mühüm qərar: 10 ilə hər şey dəyişəcək

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Paytaxtın simasını dəyişən və ekoloji mühitini saflaşdıran Böyükşor, Qanlı göl, Bülbülə və Xocasən gölləri ətrafındakı bərpa işləri şəhərsalma baxımından yeni dövrün başlanğıcı hesab olunur. Bu layihələr təkcə su hövzələrinin təmizlənməsi deyil, həm də Bakının təbii drenaj sisteminin bərpası və əhalinin istirahət imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Abşeron yarımadasının coğrafi quruluşuna görə vaxtilə mövcud olmuş 300-ə yaxın göl həm də təbii tənzimləyici rolunu oynayaraq yağış sularının toplanmasına xidmət edirdi.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, Bakı şəhərinin ətrafında coğrafi mövqeyinə görə çoxlu göllər mövcud olub və təxminən 300-ə qədər göl olduğu bildirilir."Bu göllər şəhərin yüksək və aşağı relyefli əraziləri ilə əlaqədar yaranıb və yağan yağış sularının göllərdə toplanaraq əhaliyə zərər verməməsinə xidmət edib. Qeyd etmək lazımdır ki, bu göllərin bir qismi dəniz əsaslı, duzlu göllər idi və Bakı şəhərinin, həmçinin Abşeron yarımadasının təbii coğrafi mövqeyi ilə formalaşıb. Müstəqillik illərindən sonra urbanizasiya sürətləndi, əhali sayı artdı və tikinti sektoru böyük inkişaf mərhələsinə daxil oldu. Bu zaman çoxsaylı binalar tikildi və bir qismi göllərin üzərində inşa edildi. Bəzi göllər quruduldu, bəzilərinin həcmi isə əhəmiyyətli dərəcədə azaldıldı. Bununla belə, Azərbaycan hökumətinin dəstəyi ilə bəzi göllərdə təmir və təmizləmə işləri aparıldı. Məsələn, Böyükşor gölü, Masazır gölü, Lökbatan gölü və Qanlı göl kimi yerlər bərpa edildi, ətraflarına parklar salındı və əhalinin gəzintisi üçün şərait yaradıldı".Ekspert bildirib ki, Bakı şəhərinin kanalizasiya sistemi hələ 1970-80-ci illərdə qurulduğu üçün urbanizasiyanın sürətli inkişafı və əhalinin artması kanalizasiya sisteminin yükünü artırıb. "Kanalizasiya sularının göllərə axıdılması, xüsusən Böyükşor gölünə, onun çirklənməsinə və ölü gölə çevrilməsinə səbəb oldu. Bu məsələyə diqqət yetirərək, yanvar ayında ölkə prezidentinin yanında geniş müşavirə keçirildi və qərar qəbul edildi ki, Bakı şəhərinin kanalizasiya sistemi yenidən qurulsun. Layihə çərçivəsində tunellər inşa ediləcək, boru xətləri çəkiləcək, həm kanalizasiya suları, həm də yağış suları idarə olunacaq. Layihənin icrası yaxın 10 il ərzində planlaşdırılır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Bakı şəhərinin coğrafiyası bu qədər böyük əhalinin məskunlaşması üçün əlverişli deyil. Həddindən artıq əhali şəhərdə yaşayarkən təbii amillər dəyişir, yağış sularının axını, göllərin qurudulması və torpaq qatlarının sabitliyi pozulur. Göllərin üzərində binaların tikilməsi xüsusilə təhlükəlidir, çünki qrunt suları torpağı yumşaldır və bu, hər hansı kiçik zəlzələ zamanı ciddi fəsadlara səbəb ola bilər".Onun sözlərinə görə, tikinti sektoru bu coğrafiyada müəyyən tədbirlər görsə də, Keşlə qəsəbəsində son vaxtlar baş verən hallar göstərdi ki, risklər hələ də mövcuddur. "Gələcəkdə kanalizasiya sisteminin yaxşılaşdırılması göllərin çirklənməsinin qarşısını alacaq, təbii göllər bərpa ediləcək və yağış sularının axışı üçün şərait təmin olunacaq".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
demokrat.az

1Sources