"Əl-Əhli"nin hücumçusu Ayven Touni Səudiyyə Ərəbistanı çempionatının 29-cu turunun "Əl-Faixa"ya qarşı oyunundan (1:1) sonra hakimin işindən məyus olub.
Publika.az xəbər verir ki, oyun zamanı “Əl-Əhli”nin xeyrinə üç penalti təyin olunmayıb. Jurnalist Ben Ceykobsun yazdığı kimi, Touni hesab edir ki, qərarlar “Əl-Nəsr”ə görə verilib ki, onlara turnirdə qalib gələ bilsinlər.
"Həlledici anlarda belə şeyləri görməzdən gəlmək və ya onlara göz yummaq sadəcə inanılmazdır. Aydındır ki, burada müəyyən təsir var.
Hakimin bizə VAR-ı izləyərkən başqa bir turnirə diqqət yetirməyimizi deməsi tamamilə anlaşılmazdır.
Yəqin ki, həqiqəti danışdığım, hakimin şübhəli qərarları haqda dediyim üçün pis adam hesab olunacam.