EN

Şeyxin işdən çıxarılan oğlunun yerinə bu şəxs təyin EDİLDİ - FOTO

Vəzifəsindən azad edilən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin yerinə Kamil Bektaşi gətirilib.

Bizim.Media “manset.az”a istinadən xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Kamil Bektaşi sədrin müşaviri təyin edilib.

K.Bektaşi bundan əvvəl "AzInTelecom" MMC-də departament direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Məhəmməd Paşazadə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədrinin müşaviri vəzifəsindən azad edildikdən sonra qurumda bu vəzifəyə təyin olunan yeganə şəxs Kamil Bektaşidir.


Bizim.Media

Chosen
21
14
bizim.media

10Sources