AZ

Şeyxin işdən çıxarılan oğlunun yerinə o təyin edildi - FOTO

Vəzifəsindən azad edilən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin yerinə Kamil Bektaşi gətirilib.

“Yeni Sabah” Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Kamil Bektaşi sədrin müşaviri təyin edilib. K.Bektaşi bundan əvvəl AzInTelecom MMC-də departament direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Məhəmməd Paşazadə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) sədrinin müşaviri vəzifəsindən azad edildikdən sonra qurumda bu vəzifəyə təyin olunan yeganə şəxs Kamil Bektaşidir.


Telegram kanalımız
Seçilən
21
14
yenisabah.az

10Mənbələr