EN

AFFA “Araz-Naxçıvan”ın baş məşqçisini cəzalandırıb

Bakı, 9 aprel, AZƏRTAC

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXVI turunun oyunları zamanı baş verən qayda pozuntularına hüquqi qiymət verib.

AZƏRTAC xəbər verir ki, “Zirə” – “Şamaxı” oyununa təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə ev sahibi klub 2000 manat cərimə edilib.

Həmin görüşdə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə görən “Şamaxı”nın futbolçusu Dieqo Balau 2 oyun cəzalanıb, klubunu isə 1000 manat xərcə salıb.

“Sabah”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cərimələnib. Qarşılaşma bitdikdən sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub isə 2500 manat cərimə edilib.

Chosen
7
1
azertag.az

2Sources