EN

Məşhur futbolçu saxta sürücülük vəsiqəsi ilə yaxalandı

"Udineze"nin hücumçusu İdrissa Qeye qalmaqal mərkəzindədir.

İdman.Biz   bildirir ki, 19 yaşlı futbolçu İtaliya və Sloveniya sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Yoxlama zamanı o, Seneqalda verilmiş sürücülük vəsiqəsini təqdim edib, lakin onun saxta olduğu məlum olub.

Nəticədə oyunçu saxta sənəddən istifadə etməkdə ittiham olunub. "Udineze" nümayəndələri hələlik vəziyyətlə bağlı şərh verməyiblər.

Qeye Fransanın "Mets" klubu ilə müqavilə bağlayaraq İtaliya klubunda icarə əsasında çıxış edir. O, bu mövsüm 14 oyun keçirib, qol vurmayıb və iki sarı vərəqə alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
2
olaylar.az

3Sources