EN

ADPU internet üçün 135 min sərf edəcək

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)  şəhər rayonlarda yerləşən təhsil müəssisələrinin fiber-optik, ADSL və simsiz rabitə kanalları ilə Təhsil sisteminin korporativ intranet və internet şəbəkələrinə çıxışın təhlükəsiz şəkildə təmin edilməsinə 135 768 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, internet xidmətini “Azedunet” MMC həyata keçirəcək.

 

Universitet və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni “Bir mənbə” metodu tətbiq olunub.

 

Cabir

Tarix: 9 Aprel 2026, 15:01   
Chosen
13
pravda.az

1Sources