EN

Avropa çempionu Aida Kərimovaya pul mükafatı təqdim olundu FOTO

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin (UABK) ofisində məşhur güləş məşqçisi Ruslan Savloxov və ukraynalı idmançı Aida Kərimova ilə görüş keçirilib.Bizim.Media xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilir.Məlumata görə, 2026-cı il martın 12-də Serbiyada keçirilən güləş üzrə Avropa çempionatının finalı Ukraynanın parlaq qələbəsi ilə başa çatıb.Etnik azərbaycanlı, Ukrayna idmançısı Aida Kərimova finalda Rusiya təmsilçisini inamla məğlub edərək qızıl medal qazanıb və Avropa çempionu adına yiyələnib.Qeyd olunub ki, Aida Kərimova özündə əsl çempion xarakteri nümayiş etdirib və inamla olimpiya zirvəsinə doğru irəliləyir.Ukrayna Millətlər Assambleyasının və Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev ukraynalı idmançılara ardıcıl dəstək göstərir və onlara maddi yardım edir.Bugünkü görüş zamanı Rövşən Tağıyev Aida Kərimovaya Avropa çempionatındakı parlaq qələbəsi münasibətilə şəxsən pul hədiyyəsi təqdim edib.Aida Kərimova və onun məşqçisi Ruslan Savloxov idmançılara göstərilən daimi dəstəyə, diqqətə və qələbə münasibətilə təqdim olunan hədiyyəyə görə Rövşən Tağıyevə səmimi təşəkkür ediblər.Bildirilib ki, bu qələbə Ukrayna üçün böyük qürur mənbəyidir və ölkə idmançılarının gücünün, istedadının və sarsılmazlığının parlaq nümunəsidir.Məlumatda, həmçinin Ruslan Savloxova və bütün məşqçi heyətinə peşəkar hazırlığa, dəstəyə və ukraynalı idmançıları yeni qələbələrə aparan gündəlik əməyə görə minnətdarlıq ifadə olunub.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
bizim.media

2Sources