Rəqəmsal sistem sayəsində sərnişinlərin Şengen zonasında qalma müddəti saniyəsinə qədər hesablanacaq. Bu, viza müddətini keçənləri və qanunsuz miqrasiya hallarını dərhal aşkar etməyə imkan verəcək. Artıq "köhnə üsul" pasport möhürlərinin aradan qalxması ilə sərhədlərdəki saxtakarlıq hallarının da qarşısının alınacağı gözlənilir.
Yeni qanun çərçivəsində Şengen zonasına daxil olan bütün üçüncü ölkə vətəndaşlarından (o cümlədən Azərbaycan vətəndaşlarından) biometrik məlumatlar tələb olunacaq: Barmaq izləri; Üz cizgilərinin skan edilməsi (Face ID).
Bu məlumatlar mərkəzi sistemə inteqrasiya ediləcək və şəxsiyyətin dəqiqləşdirilməsi prosesini saniyələr daxilində tamamlayacaq.
Mütəxəssislər xəbərdarlıq edir ki, yeni sistem viza qaydalarını pozanlar üçün cərimələrin artırılmasına və gələcəkdə viza imtinalarının çoxalmasına səbəb ola bilər. Səyahət planlaşdıran vətəndaşlara aşağıdakılar tövsiyə olunur:
• Pasportun etibarlılıq müddətini əvvəlcədən yoxlamaq (ən azı 3-6 ay)
• Viza müddətinə və "90/180 gün" qaydasına ciddi əməl etmək;
Sərhəddə biometrik məlumatların verilməsi zamanı yarana biləcək qısamüddətli növbələrə hazır olmaq.