EN

Sabiq ədliyyə nazirinin nəvəsi faciəvi şəkildə həyatını itirdi

Sabiq ədliyyə nazirinin nəvəsi faciəvi şəkildə həyatını itirdi

Azərbaycanın sabiq ədliyyə naziri Əlisaab Orucovun (1985–1992 və 1992-ci ilin aprel-iyul ayları) nəvəsi ehtiyatsızlıqdan dünyasını dəyişib.

AFN.az-ın xəbərinə görə, ailənin yaxınları "Cebheinfo.az" saytına bildiriblər ki, sabiq nazirin 19 yaşlı nəvəsi hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb.

Hadisə nəticəsində gənc elə hadisə yerindəcə dünyasını dəyişib. İlkin məlumatlara görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Qeyd edək ki, Əlisaab Orucov müstəqilliyin ilk illərində və sovet dövrünün sonlarında Azərbaycanın ədliyyə sisteminə rəhbərlik etmiş tanınmış hüquqşünasdır.

Chosen
40
15
afn.az

10Sources