EN

Təmirə ehtiyacı olan məktəblə bağlıAÇIQLAMA

Son günlər bəzi media platformalarında Xaçmaz rayonunun Ağtala kənd ümumi orta məktəbinin təmirə ehtiyacı olması ilə bağlı məlumatlar yayılıb. Şikayətçi valideynlərin sözlərinə görə, məktəbin mövcud şəraiti tədris prosesinin normal təşkili üçün yararsızdır.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, məktəbin mövcud vəziyyəti barədə məlumatlıdırlar.

Qurumdan verilən açıqlamada qeyd olunub ki, binanın əsaslı təmiri və ya yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Təhsil müəssisələrinin tikintisi və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

Bildirilib ki, son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri aparılıb.

Eyni zamanda, 5 modul tipli məktəb istifadəyə verilib, 8 məktəb binası isə tam sökülərək yenidən inşa olunub.

Məlumata görə, hazırda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam edir. Quba rayonunun Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb binası, Qusar rayonunun Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binası, Şabran rayonunun Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbi inşa olunur.

Chosen
33
1
redaktor.az

2Sources