EN

Con Hili: Böyük Britaniyanın şimalında Rusiya sualtı qayıqlarının fəaliyyəti aşkar edilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 9 aprel, AZƏRTAC

Böyük Britaniyanın müdafiə naziri Con Hili ölkənin şimalında, Atlantik okeanında Rusiya sualtı qayıqlarının bir aydan çox davam edən gizli əməliyyatının aşkarlandığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, nazir keçirdiyi mətbuat konfrasında bildirib ki, bu məlumat Rusiya tərəfindən davam edən fəaliyyətlərin Böyük Britaniya üçün yaratdığı təhlükəni üzə çıxarmaq və ölkənin daimi hazırlıq vəziyyətində olduğunu göstərmək məqsədi daşıyır. Onun sözlərinə görə, Böyük Britaniya Norveç və digər müttəfiqlərlə birlikdə regionda artan Rusiya fəallığına cavab verib.

Əməliyyatda “Akula” sinifinə aid Rusiyaya məxsus bir sualtı qayığı, eləcə də Dərin Dəniz Tədqiqatları üzrə Baş İdarəyə məxsus iki digər sualtı qayığın iştirak etdiyi bildirilib.

Con Hili qeyd edib ki, Britaniya silahlı qüvvələri bu sualtı qayıqları 24 saat fasiləsiz nəzarətdə saxlayıb. Onun sözlərinə görə, Rusiya qüvvələri artıq ölkə sularını tərk edib və gizli əməliyyat ifşa olunub. Əməliyyat bir aydan çox davam etdikdən sonra başa çatıb.

Nazir bu hadisənin dəniz dibinin ölkə üçün nə qədər vacib olduğunu bir daha göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, Böyük Britaniya ada dövləti kimi dənizaltı infrastruktura böyük ölçüdə bağlıdır. Dəniz dibindəki boru xətləri ölkədə istifadə olunan qazın yarısını təmin edir, beynəlxalq telekommunikasiya və məlumat trafikinin 99 faizi buradan keçir. Bu səbəbdən dəniz dibi potensial hədəf hesab olunur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
azertag.az

2Sources